1-ci Liqanın 7-ci turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Mingəçevir” – “Şahdağ Qusar” oyunu meydan sahibi komandanın oyuna çıxmaması səbəbindən baş tutmayıb.
Tribuna.az xəbər verir ki, qarşılaşma ilə bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək. Böyük ehtimalla “Mingəçevir” oyuna çıxmadığı üçün texniki məğlubiyyət alacaq.
Sözügedən komandanın meydana çıxmamasına səbəb cari mövsüm maaş üzünə həsrət qalmasıdır. Üstəlik, klubun ötən ildən 200 min manatdan artıq borcu var ki, bu səbəbdən dövlət dotasiyası da hesaba köçürülmür. Bir sözlə, “şəhərlilər”in gələcəyi qeyri-müəyyəndir.
Qarşılaşmaya bu gün saat 15:00-da start verilməli idi.
Futbolinfo.az









