Qaradağ rayonu, Buta qəsəbəsində aparılan işlər sakinlərin narazılığına səbəb olub.
Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşan sakinlər bildirib ki, böyük bir ərazi hasara alınıb.
Sakinlərin sözlərinə görə, hasarlanmış ərazidə qanunsuz tikinti aparılır. Tikinti ilə bağlı heç bir məlumat lövhəsi vurulmayıb.
Sakinlər bununla bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət də ediblər. Lakin sakinlərin müraciətinə heç bir cavab verilməyib.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









