Azərbaycanın FIFA referiləri Elçin Məsiyev və Əliyar Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin oyunlarına təyinat alıblar.
Tribuna.az xəbər verir ki, hər iki hakim IV tur çərçivəsində sabah keçiriləcək qarşılaşmaları öz briqadaları ilə idarə edəcək.
35 yaşlı Elçin Məsiyev Belçikada “Anderlext” – “Zaltsburq” (Avstriya) oyununa baş hakimlik edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək, dördüncü hakim Nicat İsmayıllı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
39 yaşlı Əliyar Ağayev İspaniyada “Selta” – “Yunion” (Belçika) görüşünü idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, dördüncü hakim isə Rauf Cabarov olacaq.
Oyun noyabrın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.









