“BakıKart” və Mastercard-ın birgə kampaniyası çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gediş üçün 1 qəpik ödəyəcəklər.
Tribuna.az xəbər evrir ki, bu barədə “BakıKart” məlumat yayıb.
Kampaniya Azərbaycanda fəaliyyət göstərən bankların emissiya etdiyi Mastercard kartları ilə Apple Pay və Google Pay vasitəsilə həyata keçirilən təmassız (NFC) ödənişlərə şamil olunur.
Şərtlərə əsasən, üç gedişi standart tariflə edən sərnişinlər dördüncü gediş üçün güzəşt əldə edirlər. Həmin gediş zamanı kart hesabından 0,01 manat tutulur.
Güzəştdən yararlanmaq üçün dörd gedişin eyni gündə edilməsi tələb olunmur. Gedişlər müxtəlif günlərdə həyata keçirilə bilər.
Bir kart üzrə təqvim ayı ərzində maksimum beş dəfə 1 qəpiklik gediş imkanından istifadə etmək mümkündür. Üç gediş tamamlandıqdan sonra əldə edilən güzəştli gediş hüququndan 30 gün ərzində istifadə olunmalıdır.









