Saday Alıyevin MƏHKƏMƏSİ – 3 milyon yeyinti…

Saday Alıyevin MƏHKƏMƏSİ – 3 milyon yeyinti…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) xüsusilə külli-miqdarda mənimsədə ittiham edilən sabiq vəzifəli şəxsi Saday Alıyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Tribuna.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə məhkəmənin hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edilib.

Dövlət ittihamçısı vəsatət verərək, Saday Alıyevin barəsində olan polisin nəzarətində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını təklif edib.

Məhkəmə vəsatəti təmin etməyib və işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 11 noyabra təyin edilib.

Saday Alıyev 3 milyon manat mənimsəmədə ittiham olunur.

ADSEA-da şöbə müdiri vəzifəsində çalışan S.Alıyevin fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində məhkəməyə qədər “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki “İri Şəhərlərin Su Təchizatı” QSC zərərçəkmiş qismində tanınıb.