Bakı Humanitar Kollecində dəhşət: 6 bıçaq zərbəsi vurdu

Bakı Humanitar Kollecində dəhşət: 6 bıçaq zərbəsi vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb.

Tribuna.az  “Bakupost”a istinadən xəbər verir ki, hadisə kollecin “Gənclik korpusu”nun həyətində qeydə alınıb.

Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.