Gələcəkdə “Sea Breeze” ərazisi artırılacaq.
Tribuna.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, sözgedən layihənin ərazisi 1850 hektaradək artırılması nəzərdə tutulur.
Bütövlükdə isə layihə tam icra olunduqdan sonra “Sea Breeze”də 500 min sakin yaşayacaq.
Qeyd edək ki, hazırda “Sea Breeze” 1000 hektardan çox ərazini əhatə edir. Burada artıq 60 mindən çox rezident (sakin) var.









