Premyer Liqanın XI turu “Zəfər turu” elan edildi

Premyer Liqanın XI turu “Zəfər turu” elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misli Premyer Liqasının XI turu “Zəfər turu” elan edilib. 

Tribuna.az  xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Qeyd olunub ki, vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının noyabrın 6-8-də keçiriləcək 11-ci turu “Zəfər turu” elan edilib.

Bununla bağlı olaraq turun oyunlarından əvvəl stadionlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.