2030-cu ildə bir barel neftin fiskal itkisiz qiymətinin 65 dollar olacağı gözlənilir.
Tribuna.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.
Sənəddə qeyd olunub ki, bu göstərici hazırkı 85 dollar səviyyəsindən əhəmiyyətli dərəcədə aşağıdır.
Bildirilib ki, qiymət proqnozlarında dəyişkənlik yüksək olsa da, ortamüddətli dövrdə neftin qiymətinin 65 dollardan aşağı olması ehtimalı azdır.
Həmçinin ortamüddətli dövrdə Dövlət Neft Fondundan transfertlərin azaldılması nəticəsində neftin əlverişsiz qiymətlərində belə Fondun aktivlərinin qorunduğu vurğulanıb.









