Zelenski Melaniya Trampı yüksək dövlət ordeni ilə təltif etdi – səbəbi açıqlanıb

Zelenski Melaniya Trampı yüksək dövlət ordeni ilə təltif etdi – səbəbi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az  xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampı I dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif edib.

Ukrayna prezidentinin rəsmi saytında dərc olunan 1079 nömrəli fərmana əsasən, mükafat Melaniya Trampın Ukraynaya humanitar dəstək göstərilməsi istiqamətində şəxsi töhfəsinə görə verilib.

Fərmanda qeyd olunur ki, Melaniya Tramp Rusiyanın nəzarətində olan Ukrayna ərazilərindən qanunsuz deportasiya edilmiş ukraynalı uşaqların və digər vətəndaşların xilas edilməsinə yönəlmiş hüquqi müdafiə və xeyriyyəçilik fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, oktyabrın 27-dən noyabrın 1-dək Xerson vilayətinin Oleşki şəhərində Rusiya və Ukrayna arasında lokal atəşkəs elan edildiyi bildirilmişdi. Təqdim olunan məlumatda bu razılaşmanın əldə olunmasında Melaniya Trampın iştirak etdiyi qeyd olunur.

“Knyaginya Olqa” ordeni Ukraynada qadınların dövlət, ictimai, elmi, təhsil və digər sahələrdəki xidmətlərinə görə təqdim edilən dövlət mükafatıdır.

İmran Kərimli