“Bayağı mahnılar haqda çox danışmışam. Marketdə ən çox satılan çörək və tualet kağızıdır. Heç kimin ağlına gəlmir ki, onları eyni səviyyəyə qoysun. Onlar danışan tualet kağızıdırlar”.
Tribuna.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev “Zarafat bir yana” proqramında deyib. Müğənni bayağı mahnı ifaçıları ilə bağlı sualı cavablandırarkən onları “tualet kağızı” adlandırıb.
F.Ağayev təhsillə bağlı fikirlərini də bölüşüb:
“Məktəb təhsili yetərli olmalıdır. Ali təhsil almaq üçün olan testlər şagirdin təhsildə aldığı bilgilərə əsaslanır. Müəllimlərin səhlənkarlığıdır. Çətin peşədir. Amma bəziləri peşəsinin tələblərinə uyğun olmur. Çoxu hazırlıq keçsin deyə, bilikləri az verir. Problem şagirdə yox, müəllimdədir. Əgər sən bu dərsi məktəbdə keçirsənsə, hazırlığa nə ehtiyacın var?”.









