Dövlət bankı ABB 10 milyon manat borc axtarır

Dövlət bankı ABB 10 milyon manat borc axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 10 milyon manat həcmində yeni istiqraz buraxılışını həyata keçirəcək.

Tribuna.az-ın əldə etdiyi məlumata görə, BFB-nin Listinq Komitəsinin 26 oktyabr 2026-cı il tarixli qərarı ilə bankın istiqrazlarının ticarətə buraxılmasına icazə verilib.

Buraxılış çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 100 min ədəd istiqraz yerləşdiriləcək.

İstiqrazların illik gəlirlilik faizi 9%, tədavül müddəti isə 2 il müəyyən edilib. Faiz gəlirləri istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.

Qiymətli kağızlar üzrə abunə yazılışı oktyabrın 26-da başlayıb və noyabrın 8-də başa çatacaq. İstiqrazların yerləşdirilməsi isə noyabrın 12-də həyata keçiriləcək.

Qeyd edək ki, buraxılışın anderrayteri elə ABB-nin 100% törəməsi olan “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

Fərda Uğur