Sakinlər “Osmanlı hamam”ının fəaliyyətindən şikayətçidirlər – VİDEO

Sakinlər “Osmanlı hamam”ının fəaliyyətindən şikayətçidirlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsi 2 ünvanında yaşayan sakinlər “Osmanlı hamam” istirahət məkanının fəaliyyətindən narazıdırlar.

Tribuna.az Xəzər Tv-yə istinadən xəbər verir ki, sakinlər gecələr generatorun səsi, gündüzlər isə tüstüdən narahat olduqlarını bildirirlər.

Bu problem tez-tez təkrarlanır.

İddialara münasibət bildirən istirahət məkanının administratoru Həsən Məmmədov sakinlərin rahatlığını təmin etmək və səs-küyü minimuma endirmək məqsədilə generator dəstinin ətrafına akustik panellər və səsboğucu materiallar quraşdıracağını vəd etdi.