Qazax rayonunda 33 yaşlı Xanlar Vəkilovun bıçaqlanmasının təfərrüatı məlum olub.
Tribuna.az -ınməlumatına görə, hadisə bir neçə gün öncə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb.
Məlumata görə, hadisə söyüşə görə baş verib. X.Vəkilov orta məktəb şagirdini söyüb. Şagird də həmin gün axşam saatlarında evdən götürdüyü bıçaqla X.Vəkilova zərbələr endirib.
Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində bıçaqlanan şəxs Azərbaycanın mərhum Xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir.
***
09:09
Qazaxda 33 yaşlı kişi bıçaqlanıb.
Tribuna.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini – 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən isə məktəblidir.
Faktla bağlı araşdırma aparılır.









