Sükan arxasında yuxulayan sürücü ana və uşaq arabasındakı körpəni vurub.
Tribuna.az xəbər verir ki, hadisə noyabrın 3-də saat 09:38 radələrində Xocasən–Lökbatan yolunun Binəqədi rayonu ərazisində baş verib.
Cavid Ağayevin idarə etdiyi “Toyota” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı vurub.
Qəza nəticəsində A. Abdullayeva xəsarət alıb, körpənin vəziyyəti normaldır.
Hadisədən sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
İlkin araşdırma zamanı sürücü sükan arxasında yuxuya getdiyini və hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. O, həmçinin əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini qeyd edib.
Gülşən Rəsul









