Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır.

Tribuna.az  xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, 2027-ci ildə bir nəfərə düşən günlərin orta sayının 78, bir iş gününə düşən orta gündəlik qazancın isə 50 manat 57 qəpik təşkil edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, 2026-cı ildə hamiləliyə və doğuma görə bir iş gününə düşən orta gündəlik qazanc 46 manat 54 qəpik olub.