Ermənistanın Dilican bələdiyyəsi Ruben Vardanyan ailəsi ilə əlaqəli təşkilatlara qarşı silsilə məhkəmə prosesinə start verib.
Tribuna.az xəbər verir ki, bu barədə məlumatı erməni blogger Roman Baqdasaryan yayıb.
O bildirib ki, yerli bələdiyyə Vardanyanın şirkətinə qarşı üç iddia qaldırıb. “Onlar Vardanyana məxsus şirkətlə imzalanmış müqavilələrin ləğvini və Vardanyan tərəfindən ələ keçirilmiş torpaqların geri qaytarılmasını tələb edirlər”.
Baqdasaryan deyib ki, Ruben Vardvanyan Dilicanı qarət edib, pulsuz zəbt etdiyi şəhərin bütün torpaqlarını geri qaytarmalıdır.
Fərda Uğur









