İrana təkliflər “yağışı”: Tehran rədd edir

İrana təkliflər “yağışı”: Tehran rədd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Qətər və Pakistanın İrana yeni təkliflər göndərdiyinə dair məlumatlar var.

Tribuna.az xəbər verir ki, ABŞ-ın birinci vitse prezidenti Vensin də Tehrana danışıqları davam etdirmək üçün məktub ünvanladığı qeyd edilir.

İranlı siyasi təhlilçi Rəhman Qəhrəmanpur həmin təkliflərdən birinin bəzi detallarını açıqlayıb. O bildirib ki, İrana Pakistan tərəfindən yeni təklif verilib. Təklif İranda zənginləşdirilmiş 60%-lik uranın üçüncü ölkəyə (məsələn, Rusiya və ya Pakistana) köçürülməsini nəzərdə tutur.

Rəsmi Tehran dünən bəyan edib ki, Vensin müraciətini təhlil edirlər və hələ cavab verməyiblər. Eyni zamanda, İrannüvə məsələsini danışıqlar predmeti etmək fikrində olmadığını da açıqlayıb.

Fərda Uğur