Zəfər Günü əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMA

Zəfər Günü əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə olduğu kimi, növbəti il də Əfv Məsələləri Komissiyasının yanvar ayından etibarən fəaliyyətə başlaması gözlənilir.

Bunu  Tribuna.az-a açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid bildirib.

Onun sözlərinə görə, Komissiyaya il ərzində daxil olan müraciətlər əvvəlcə müvafiq sektorda araşdırılır, müəyyən edilmiş qaydalara uyğun olanlar isə müzakirə üçün komissiyaya təqdim edilir:

“Komissiya iclaslar keçirərək müraciətlərə baxır, daha sonra sənədlər toplanaraq Prezidentə təqdim olunur. Əfv məsələləri Prezidentin müstəsna səlahiyyətinə aiddir”.

Rəşad Məcid bu il də ənənənin davam etdiriləcəyini və komissiyanın yanvar ayından sonra işə başlayacağını gözlədiyini vurğulayıb.