Ermənistan hökuməti gələn ilin aprelindən etibarən Qarabağdan könüllü köçmüş ermənilərin iki sosial yardım proqramının müddətini uzadıb.
Tribuna.az xəbər verir ki, həmin layihələrə əsasən bəzi şərtlərin dəyişdirilməsini də təsdiqləyib.
Belə ki, hazırda aylıq 30 min dram və ya 75 dollar müavinət alan ermənilər aprel ayından etibarən bunun yarısını ala biləcəklər. Bundan başqa, ikinci layihəyə əsasən Xankəndini könüllü tərk etmiş ermənilər ev almaq məsələsində də bəzi yeniliklərlə üzləşəcəklər. Onlar üçün mənzillərin tikilməsinə 300 milyon dollar yox, 150 milyon dollar ayrılacaq.
Fərda Uğur









