“Novaya Qazeta” BAĞLANDI

“Novaya Qazeta” BAĞLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Novaya Qazeta” qəzeti 30 illik fəaliyyətindən sonra bağlandığını elan edib.

Tribuna.az  xəbər verir ki, bəyanat qəzetin saytında dərc edilib.

“9 noyabrda 30 il yaşadığımız binanın işıqlarını söndürəcəyik, serverləri bağlayacağıq və gedəcəyik. Qəzet artıq yoxdur”, deyə bəyanatda bildirilib.

Bu qərar qəzetin redaksiyasının Moskvanın mərkəzindəki Potapovski küçəsindəki binasından çıxarılması ilə əlaqədardır. Binadan çıxmaq zərurəti baş redaktor Sergey Sokolovun məktubunda bildirilib.

Onun sözlərinə görə, jurnalistlərə köçmək üçün az vaxt verilib və hələ yeni bina tapılmayıb. Eyni zamanda, qəzetin oxucu ianə toplama sistemi də söndürülüb.

Qeyd edək ki,“Novaya Q azeta”ın ilk sayı 1 aprel 1993-cü ildə nəşr olunub. 2022-ci ildə nəşr Roskomnadzorun iki xəbərdarlığından sonra çap nəşrini dayandırıb. 2026-cı ilin sentyabrında Ədliyyə Nazirliyi “Novaya Gazeta”nı xarici agentlər reyestrinə əlavə edib.