“TRIPP ərazisi sabit olmayan bir tələdir, Ermənistanın mövcudluq risklərini artırır”.
Tribuna.az xəbər verir ki, bu iddia ilə ofisi İrəvanda yerləşən “Hayatsk” Analitik Mərkəzinin rəhbəri Karen Bekaryan çıxış edib.
O bildirib ki, TRİPP-nin ərazisi sabit deyil, onu ya 2 cığır, ya da Ermənistanın bütün ərazisi kimi şərh etmək olar. “Əgər TRİPP-də simmetriya varsa, onda Azərbaycanda Qafan-Yerevan əlaqəsindən istifadə etməyə, yaxud Rusiya və İrana getməyə imkan verən yol haradadır?”
Bekaryan qeyd edib ki, bu müqavilədə Ermənistanın maraqlarını təmin edən hallar bəlli deyil. “Bunun əvəzinə, biz onlara Azərbaycandan Azərbaycana və Türkiyəyə gedən yolu veririk. Daim birtərəfli güzəştlər etdikdə, qarşı tərəfin iştahını açırsınız”.
Qeyd edək ki, Bekaryan kimi bekar adamlar qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Onlar Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla, Ermənistanın maraqlarını deyil, bu layihəyə qarşı olan dövlətlərin istəklərini dilə gətirirlər. Paralel olaraq, dəhlizlə bağlı erməni cəmiyyətində yanlış təsəvvür yaratmağa çalışırlar.
Fərda Uğur









