Bakı-Xankəndi qatarı 2027-də istifadəyə veriləcək

Bakı-Xankəndi qatarı 2027-də istifadəyə veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2030-cu ilə qədər Azərbaycanın rayonlararası dəmir yolu əlaqəsinin genişləndirilməsi çərçivəsində dörd istiqamət üzrə işlərin tamamlanması nəzərdə tutulur.

Tribuna.az  Modern.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu istiqamətlərdən biri Bakı-Xankəndi dəmir yolu marşrutudur. Həmin marşrutun 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

B.Hacıyev qeyd edib ki, növbəti mərhələdə Bakı-Yalama, Bakı-Mincivan və Bakı-Astara dəmir yolu xətlərinin bərpası nəzərdə tutulur.

ADY rəsmisi bildirib ki, qeyd olunan dörd istiqamət üzrə işlərin 2030-cu ilə qədər tamamlanması planlaşdırılır.