“Real”ın ulduzunun xanımı 74 nəfərin öldüyü qəzadan son anda xilas olub

“Real”ın ulduzunun xanımı 74 nəfərin öldüyü qəzadan son anda xilas olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid” və İspaniya millisinin futbolçusu Mark Kukurellanın həyat yoldaşı Klaudiya Rodriges İspaniyada 74 nəfərin ölümü ilə nəticələnən dəhşətli qatar qəzasından təsadüfən xilas olub.

Tribuna.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

Məlumata görə, Rodriges faciənin baş verdiyi istiqamətdə hərəkət edən qatarlardan birində olub. O, qəzaya uğrayan qatarın arxasınca gələn qatarlardan biri ilə Malaqaya səfər edirmiş. Hadisədən sonra təhlükəsizlik məqsədilə onun olduğu qatarın hərəkəti dayandırılıb və Madridə geri qayıtmalı olub.

Rodriges sosial şəbəkədə paylaşım edərək hadisədən sarsıldığını bildirib: “Mən növbəti qatarla Malaqaya gedirdim və baş verənlərdən şokdayam. Həlak olanların yaxınlarına və dostlarına dəstəyimi bildirirəm”.

O, özünün və qatardakı digər sərnişinlərin xəsarət almadığını vurğulayıb. Rodriges bildirib ki, qəzaya uğrayan qatarla aralarında məsafə böyük olub. Bununla belə, hadisə bir qədər gec baş versəydi, eyni aqibətlə üzləşə biləcəyini düşünmək onu dərindən sarsıdıb.

Qeyd edək ki, İspaniyanın Kastiliya-La-Mança bölgəsində iki sürətli qatarın toqquşması nəticəsində azı 74 nəfər həyatını itirib, hər iki qatarda ümumilikdə təxminən 550 sərnişin olub. İlkin məlumatlara görə, qəza Renfe şirkətinə məxsus qatarın siqnalizasiya sistemindəki elektron nasazlıq səbəbindən dayanmış “Iryo” şirkətinin qatarına çırpılması nəticəsində baş verib.

Faciədən sonra İspaniyada 72 saatlıq milli matəm elan edilib.