İlin sonu yaxınlarşır: İcra Hakimiyyətləri “yarışa girib”- ARAŞDIRMA

İlin sonu yaxınlarşır: İcra Hakimiyyətləri “yarışa girib”- ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin sonu yaxınlaşdıqca, sanki İcra Hakimiyyətləri biri birləri ilə yarışa girirlər.

Tribuna.az xəbər verir ki, qısa zamanda əksər rayonlarda abadlıq və yol çəkilməsi prosesi sürətlənməyə başlayıb.

Belə ki, Şəki şəhər İcra Hakimiyyəti Şəki şəhərində yolların asfaltbetonla əsaslı təmiri işlərini həyata keçirəcək. “AZİN CONSTRUCTİON” MMC ilə bağlanılmış müqaviləyə əsasən İcra Hakimiyyəti tenderin qalibi olan şirkətə bu işlərin müqabilində 898 min 287 manat vəsait ayırıb.

Neftçala İcra Hakimiyyəti də analoji qaydada tender keçirib. “HADİ İNŞAAT” MMC-nin qalibi olduğu müsabiqənin dəyəri isə 511 min 20 manat təşkil edir.

Bu əsnada, Yevlax İcra Hakimiyyəti də “yarışdan” kənarda qalmaq istəməyib. Ötən gün qurum keçirdiyi tenderin nəticəsini açıqlayıb. Məlum olub ki,Yevlax şəhərində yolların əsaslı təmir işlərini “TƏMİR-İNŞAAT” MMC həyata keçirəcək. Bu işlərin görülməsinin dəyəri isə 655 min 287 manat təşkil edəcək.

Gəncədə də yolların çəkilməsi prosesi həyata keçiriləcək.

Tribuna.az xəbər verir ki, digərlərindən fərqli olaraq ölkənin ikinci paytaxtında bu prosesə Gəncə Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi rəhbərlik edir. Yolların çəkilməsini isə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC həyata keçirəcək. Bu layihənin dəyəri isə 4 milyon 809 min 939 manat olacaq.

Qeyd edək ki, Ağcabədi İcra Hakimiyyəti də “yarışın” aparıcılarından biri olub. Belə ki, 2026-cı ildə Ağcabədi şəhəri, Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektində, Zəfər yolu küçəsində və Bayraq meydanında cari təmir işləri həyata keçiriləcək. Tenderin qalibi isə “AVTOYOLTIKINTISERVIS” MMC olub. Tərəflər 238 min 800 manatlıq müqavilə bağlayıblar.

Fərda Uğur