Bu şəxslər pulsuz hüquqi yardım ala biləcək

Bu şəxslər pulsuz hüquqi yardım ala biləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu qanun layihəsi həssas əhali qruplarının hüquqi yardım almaq imkanlarının genişləndirilməsini və konstitusion hüquqlarının daha effektiv qorunmasını hədəfləyir”.

Tribuna.az  xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, təqdim olunan sənəd 14 qanuna dəyişiklik edilməsini nəzərdə tutur və bu dəyişiklikləri yalnız texniki uyğunlaşdırma kimi qiymətləndirmək olmaz.

Onun sözlərinə görə, qanun layihəsi həssas əhali qruplarının hüquqi müdafiəsinin gücləndirilməsi baxımından mühüm sosial məzmun daşıyır.

“Sənədin dövlət başçısının qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilməsi isə bu istiqamətdə siyasi iradənin əməli təsdiqidir”, – deyə o vurğulayıb.