“Dünya tezliklə xaos və anarxiya içində olacaq və kimə qarşı qılınc qaldırsa, bu, gerçəkləşəcək”.
Tribuna.az xəbər verir ki, bu fikirləri erməni politoloq Alen Qevondyan səsləndirib.
O deyib ki, Azərbaycan tərəfi nə istədiyini çox yaxşı bilir. “Şübhəsiz, sülh müqaviləsi olacaq. Amma Azərbaycan Ermənistandan mümkün olan hər şeyi qoparacaq. Lakin bununla kifayətlənməyəcək. Uyğun bir fürsət yaranarsa, Ermənistanı ələ keçirəcək. Azərbaycanın növbəti hədəfi Zəngəzur və Göycə olacaq”.
Fərda Uğur









