Qəbələdə Şəhidlər Xiyabanı yenidən qurulacaq.
Tribuna.az xəbər verir ki, Şəhid general Polad Həşimovun adını daşıyan küçədə yerləşən Xiyabanın təmiri və abadlaşdırılması üçün keçirilən tender yekunlaşıb.
Məlumatda qeyd edilir ki, tenderin təşkilçisi Qəbələ rayonu Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatıdır. Qurum Şəhidlər Xiyabanının abadlaşdırılması və yenidən qurulması üçün ” FƏRİD” Firması ilə razılaşıb. İşlərin həyata keçirilməsi üçün isə 220 min 105 manat xərclənməsi nəzərdə tutulub.
Fərda Uğur









