Təbriz saytından Azərbaycan əleyhidarlarına tərs sillə

Təbriz saytından Azərbaycan əleyhidarlarına tərs sillə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi ofisi Təbriz şəhərində yerləşən “Nasr News” saytı Azərbaycan-İran münasibətləri və buna qarşı çıxanlara maraqlı cavab verib.

Tribuna.az xəbər verir ki, yerli müşahidəçilər həmin yazıdakı fikirləri İrandakı anti-Azərbaycanlılara tərs sillə hesab edirlər.

Nəşr yazır ki, ötən il siyasi cərəyanlar, xüsusilə də paniranistlər Azərbaycanla qaz mübadiləsi layihəsinə iqtisadi və strateji təhlil aparmadan, yalnız etnik və siyasi qərəzlərlə kəskin qarşı çıxırdılar. “Amma müharibədən sonra cənubdakı qaz infrastrukturu zədələnib və soyuq mövsümdə, xüsusən İranın şimal-qərb bölgələrində qaz defisiti riski artıb. Belə bir vəziyyətdə Azərbaycanla qaz svopu kəsiri müvəqqəti idarə etmək üçün dəyərli bir alternatividir”.

“Nasr News” qeyd edib ki, milli maraqlar dostluq və ya düşmənçilik hissləri ilə deyil, ölkənin enerji təhlükəsizliyi və iqtisadi mənfəətləri ilə ölçülməlidir. “İndi sual olunur: vaxtilə bu layihənin əleyhinə çıxanlar, bugün İranın enerji təhlükəsizliyi üçün Azərbaycanın imkanlarından istifadə və bu marşrutun faydalarından danışmağa hazırdırlarmı?”

Fərda Uğur