Tramp jurnalistə əsəbiləşdi: “Sən xəstəsən!”

Tramp jurnalistə əsəbiləşdi: “Sən xəstəsən!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp “Reuters” agentliyinin jurnalistinin səhhəti ilə bağlı ünvanladığı suala sərt reaksiya verib.

Tribuna.az xəbər verir ki, Amerika lideri sualdan narazı qalaraq həm müxbiri, həm də onun çalışdığı media qurumunu təhqir edib.

“Sən xəstəsən! “Reuters” isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir”, – deyə Tramp jurnalistə müraciət edib.

ABŞ prezidenti bildirib ki, müxbir iki həftədir onu müşayiət edir və bu müddət ərzində onun özünü yaxşı hiss etdiyini görüb.

“Özümü əla hiss edirəm, sən isə çox pis görünürsən. Bu nə iyrənc sualdır?” – deyə Tramp əlavə edib.

Qeyd edək ki, 80 yaşlı Tramp ötən həftə özünü qoca hesab etmədiyini bildirib. O, indiyədək üç idrak testindən uğurla keçdiyini açıqlayıb və prezidentliyə namizədlərin də belə testlərdən keçməli olduğunu söyləyib.

İmran Kərimli