Bakıda skuter növbəti dəfə ölümə səbəb olub.
Tribuna.az xəbər verir ki, 23 yaşlı gənc skuterlə yolu keçərkən onu avtomobil vurub.
Hadisə gecə saat 04:00 radələrində Nərimanov rayonunda baş verib.
“Toyota” markalı avtomobil skuter sürən Abdulla Əliyevi vurub.
23 yaşlı gənc hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Gülşən Rəsul









