Tehrandakı “xoruz” yenə “banladı”: “Xəzər adından imtina etməliyik”

Tehrandakı “xoruz” yenə “banladı”: “Xəzər adından imtina etməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran Universitetinin professoru və anti-Azərbaycan qrupunun fəalı ekspert Əhməd Kazemi yenə sərsəm iddialarla çıxış edib.

Tribuna.az xəbər verir ki, o, “İran diplomatiyası” saytına yazdığı məqaləsində Xəzər adından imtina edilməsini təklif edib.

Onun sözlərinə görə, İranın rəsmi və elmi mətnlərində “Xəzər” adının işlədilməsinə son qoyulmalı və dəniz başqa adlarla ifadə edilməlidir. “Məsələn, “Kaspian”, “Vərkane”, “Hirkani” və “Təbərestan” kimi”.

Kazemi bununla da kifayətlənməyib qeyd edib ki, guya, Azərbaycan və Türkiyə “Xəzər” adından “Panturanizm” kimi istifadə edir. “Bu İranın regiondakı maraqları baxımından təhlükəlidir”.

Anti-Azərbaycan qrupunun əsas üzvlərindən olan sözügedən şəxs dənizin adının dəyişdirilməsinin vaxtının çatdığını iddia edib. “Reallıq budur ki, iranlılar və region xalqları baxımından, İrana aid olmayan “Xəzər” terminindən kənara çıxmağın vaxtı gəlib çatıb və müvafiq qurumların bunu gecikdirməsi cinayətkarları tarixin və xalqın gözündə daha da utandıracaq”.

Fərda Uğur