Keçmiş nazirin ailəsinə məxsus xəstəxanada toplantı – Bu qərarlar veriləcək

Keçmiş nazirin ailəsinə məxsus xəstəxanada toplantı – Bu qərarlar veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın mərhum səhiyyə naziri Oqtay Şirəliyevin ailəsinə məxsus olan “Respublika Diaqnostika Mərkəzi”nin sahibləri növbədənkənar toplanır.

Tribuna.az xəbər verir ki, “Ölkə.az”ın əldə etdiyi xəbərə görə, dekabrın 4-də baş tutacaq toplantının səbəbi cəmiyyətin icra orqanının rəhbərliyində dəyişikliyin edilməsidir.

Yığıncaqda cəmiyyətin 2026-cı il üzrə 9 aylıq maliyyə nəticələrinə dair məlumatın təqdim edilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, bir neçə gün öncə “Respublika Diaqnostika Mərkəzi”nin icraçı direktoru Rəşid Vəzirov əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müşaviri təyin olunub.

Mərkəzinin baş direktoru vəzifəsi isə xəstəxananın direktor müavini Azər Rəhimova həvalə olunub.

Bununla bərabər, xəstəxananın baş həkimi, tibb elmləri namizədi Könül Xəlilova vəzifəsindən azad olunub. Bu vəzifəyə mama-ginekoloq Nigar Axundova gətirilib.

Xatırladaq ki, “Respublika Diaqnostika Mərkəzi” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Mərkəzə əvvəllər keçmiş səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik edib. O, 2025-ci il oktyabrın 3-də dünyasını dəyişib.