“Qanlı ay”ın görüntüləri yayıldı (FOTO)

“Qanlı ay”ın görüntüləri yayıldı (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün XXI əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi baş verdi. Trend-in məlumatına görə, bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24:27-də başlayıb. Sosial şəbəkələrin istifadəçiləri ay tutulması fotolarını paylaşıblar.

Bildirilir ki, tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edib. Tam tutulma 01:13:11-də sona çatıb. Bu zaman Ayın səthi qızılı rəngə bürünəcək. Ona görə də bəzən buna “Qanlı Ay” deyirlər.

1 saat 43 saniyəlik tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınıb və həmin vaxt Ayın səthi tam açılıb.

Xatırladaq ki, bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınıb.