İranda daha bir molla bıçaqlandı

İranda daha bir molla bıçaqlandı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar İranda din xadimlərinə qarşı hücumlar intensiv şəkil alıb.

Tribuna.az xəbər verir ki, son bir həftədə ölkənin müxtəlif məntəqələrində belə hücumların sayı 5-i keçib.

Son məlumatlara görə, İranın Rəşt şəhərində naməlum şəxs və ya şəxslər yerli mollalardan birini bıçaqlayıblar. Hafizabad məscidinin axundu Məhəmməd-İbrahim Rəfətiyə ciddi xəsarət yetirilib. Hazırda xəstəxanada olan mollanın sağlıq durumunun normal olduğu bildirilir.

Fərda Uğur