İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsi Doğu küçəsində 6 mərtəbəli binanın iki mərtəbəsi çöküb.
Tribuna.az xəbər verir ki, İstanbulda hadisə səhər saatlarında baş verib. Çökmədən sonra əraziyə AFAD, yanğınsöndürən, polis, UMKE və təcili tibbi yardım qrupları cəlb olunub.
Binanın üst mərtəbələrində qalan sakinlər xilasedicilərin müdaxiləsi ilə təxliyə edilib. Son məlumatlara görə, binada 12 nəfərin olduğu, 5 nəfərin sağ xilas edildiyi, daha 4 nəfərlə əlaqə saxlanıldığı bildirilir.
Hadisənin səbəbi hələlik məlum deyil. İlkin ehtimala görə, çökməyə səbəb sonradan binaya əlavə edilən iki mərtəbənin tikintisi olub.
Ərazidə axtarış-xilasetmə işləri davam edir.


Gülşən Rəsul









