Ermənistan XİN başçısı Ararat Mirzoyan ötən gün parlamentin tribunasından ölkə müxalifətini ələ salıb.
Tribuna.az xəbər verir ki, o, erməni müxalifətini yalandan hay-küy salmaqda ittiham edib.
Mirzoyan TRİPP-lə bağlı danışaraq qeyd edib ki, layihə ətrafında bəzən bəzi media resursları və bəzi müxalifət dairələri tərəfindən qəsdən təqdim edilən ajiotaj reallığa uyğun deyil. Daha sonra isə Ermənistan müxalifətinə xitabən deyib: “Bu, eyni serialdır. Onlar deyirlər ki, ay Allah, İran TRIPP-in fəaliyyətini qadağan edir, bloklayır. Ay Allah, Əliyev Ermənistana qarşı yeni tələblər irəli sürüb. Ay Allah, erməni ərikləri satılmayıb, ay Allah, ölümümüz yaxındır. Ay Allah, Ermənistanda hər şey pisdir, ay Allah, onlar Ermənistana hücum ediblər”.
O daha sonra məsələni izah edərək qeyd edib ki, müxalifətin məqsədi Azərbaycanla müharibəyə başlamaqdır. “Onlar “xilaskar”dan (Rusiya) kömək istəmək, kasıb adam rolunda peyda olub “xilaskar” axtarmaq istəyirlər”.
Mirzoyan sonra itkin düşənlərin məsələsi ilə bağlı Azərbaycanla ortaq mövqedə olduqlarını da bildirib. “İrəvan və Bakı itkin düşənlərin taleyinin aydınlaşdırılmasında maraqlıdırlar. Bakının İrəvana bu məsələ ilə bağlı çağırışı tələb deyil. Çünki eyni şeyi biz də istəyirik”.
Fərda Uğur









