Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsilziyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti daha bir tenderə yekun vurub. Tribuna.az xəbər verir ki, qurum bu günlərdə nəticələri açıqlayıb.
Məlum olub ki, nazirliyin müvafiq qurumu Hacıqabul rayonun üç kəndidə evlərin təmiri prosesini reallaşdıracaq. Belə ki, sözügedən rayonun Nəvahi kəndində 12 ədəd, Meyniman kəndində 3 ədəd, Pirsaat kəndində isə 1 ədəd fərdi yaşayış evlərinin bərpası prosesi həyata keçiriləcək.
Məlumatda qeyd edilir ki, tenderin qalibi “SAFARI” MMC olub. Şirkət toplam 16 evin bərpasına görə, 428 min manat ödəniş alacaq.
Fərda Uğur









