Zaur Rzayevə yüksək vəzifə verildi

Zaur Rzayevə yüksək vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Biznesinin İnkişafı Fonduna (ABİF) yeni mətbuat katibi təyin olunub.

Tribuna.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Zaur Rzayev ABİF-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Z.Rzayev bundan əvvəl 26 ildən artıq bir müddətdə Dünya Bankında çalışıb və bunun son 8 ilində Xarici əlaqələr mütəxəssisi vəzifəsini icra edib.

O, Azərbaycanda Dünya Bankı üçün strateji kommunikasiya və xarici əlaqələr fəaliyyətinə rəhbərlik edib. Siyasi-iqtisadi təhlillər aparmaqla, təşkilatın prioritetlərinə uyğun kommunikasiya strategiyaları hazırlayıb. Mətbuat materialları hazırlamaq və yerli, eləcə də beynəlxalq media qurumları ilə əlaqələri gücləndirmək yolu ilə media ilə münasibətləri idarə edib.