Keçmiş baş nazir: “Qazax-İcevan xətti açılmalıdır”

Keçmiş baş nazir: “Qazax-İcevan xətti açılmalıdır” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizi Türkiyə və Azərbaycana fayda verəcək. Ermənistana isə işlərinin yaxşı olacağına dair söz veriləcək”.

Tribuna.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş nazir və spikeri Xosrov Harutyunyan deyib.
O bildirib ki, Ermənistan həqiqətən də Orta Dəhlizdə peyda olmaq və əsl sülh qovşağına çevrilmək imkanına malikdir. “TRIPP bizi sülh qovşağına çevirmir, onlar sadəcə gəlib içimizdən keçəcəklər”.
Harutyunyan deyib ki, TRIPP rədd edilməməlidir. “Amma əgər o, işləsə, Ermənistanın digər hissələri artıq işləməyəcək. Ona görə də prioritet Bakıdan Qazax-İcevan-Dilican-Vanadzor vasitəsilə Qarsa gedən beynəlxalq marşrutun istifadəyə verilməsi olmalıdır”.

Fərda Uğur