İranda vətəndaş müharibəsi başlayıb: Bəlucistanda nələr baş verir?

İranda vətəndaş müharibəsi başlayıb: Bəlucistanda nələr baş verir? 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Sistan-Bəlucistan əyalətində SEPAH qüvvələri ilə silahlıq qruplar arasında davamlı olaraq toqquşmalar baş verir.

Tribuna.az xəbər verir ki, hadisələr son bir həftədir daha şiddətli şəkil alıb.
Belə ki, son günlər baş verən toqquşmalar bəzən 10 saatdan çox çəkir.
Qeyd edək ki, dünən bölgənin mərkəz şəhəri olan Zahedanın Rudmahi bölgəsində silahlı şəxslərin hücumu nəticəsində “Fatemiyun” diviziyasının ən azı beş üzvü öldürülüb. Onları daşıyan maşın qumbaratanla vurulub.
Rask şəhərində isə SEPAH-la silahlı qruplar arasında bir-neçə saat döyüş gedib. Bundan başqa, ETTELAT-ınb Nokabad, Taftandakı şöbələrinə silahlı şəxslər hücum ediblər.
Son məlumatlara görə, Zahedan şəhəri yaxınlığında SEPAH-ın Qüds Qüvvələrinə edilən hücum nəticəsində bir hərbçi öldürülüb.

Fərda Uğur