“Sülh müqaviləsi imzalanmır, çünki Azərbaycanın tələbləri yerinə yetirilmir”.
Tribuna.az xəbər verir ki, bunu erməni deputat Aqnesa Xamoyan deyib.
Onun sözlərinə görə, onlar Azərbaycanla sülhə qarşı deyillər. “Lakin sülh müqaviləsinin imzalanmasından sonra sülh şəraitində yaşayacağımıza heç bir zəmanət yoxdur”.
Xamoyan qeyd edib ki, bu gün Qarabağın qaytarılması barədə danışmaq qeyri-realdır. “Biz ermənilərin Qarabağa qayıtması məsələsindən danışmalıyıq”.
Fərda Uğur









