Ermənistanda nəşr olunan “Hraparak” qəzeti Nikol Paşinyanın “Qarabağ klanı” ilə yanaşı, qondarma “dqr”in də bütün elementlərini məhv etməyi qərarlaşdırıb.
Tribuna.az xəbər verir ki, nəşr “Paşinyan Qarabağın “dövlət qurumları”nı ləğv etməyi bacardı” deyə yazıb.
Qəzet vurğulayıb ki, həmçinin hökumət Qarabağ yeparxiyasını və onun rəhbəri yepiskop Vrtanesi də sıradan çıxarıb. “Yepiskop Vrtanes, Qarabağ kilsələri haqqında Azərbaycan bəyanatlarına heç bir şəkildə cavab verməyərək, sürüdən ayrılıb”.
“Hraparak” sonda qeyd edib ki, Qarabağın “prezident”, “dövlət naziri” və parlament”in “spikeri” postlarına da bundan sonra heç kimi gətirmək mümkün olmayacaq. “Çünki onlar da qorxaraq, geri çəkiliblər”.
Fərda Uğur









