“İranın Ermənistandan gözləntisi TRIPP-in İranın həyati maraqlarını təhlükəyə atmamasıdır”. Tribuna.az xəbər verir ki, bunu iranlı ekspert, anti-Azərbaycan qruplaşmasının üzvü Ehsan Mohavedian deyib.
Onun sözlərinə görə, İranın iki qırmızı xətti var. “Onlardan biri Amerika hərbi və təhlükəsizlik qüvvələrinin sərhəddə yerləşdirilməsini istisna etməkdir. Digəri isə Ermənistanın suverenliyinin və TRIPP üzərində nəzarətinin tam şəkildə qorunmasıdır”.
Mohavedian bildirib ki, Tehranın digər məqsədi Sünikdə Qərbin daimi iştirakının qarşısını almaqdır. “Çünki o, Ermənistanın cənubunu strateji zona kimi görür və heç bir razılaşmadakı ifadədən asılı olmayaraq, TRIPP layihəsinin sərhədində Qərbin daimi iştirakı üçün dayaq nöqtəsinə çevrilməsinə icazə verməyəcək”.
İranlı ekspert-n fikrincə, İran Ermənistandan TRIPP-nin tamamilə Ermənistanın yurisdiksiyası altında olan, sırf iqtisadi və mülki infrastruktur təşəbbüsü olaraq qalacağına və ABŞ-ın İranın şimal sərhədi yaxınlığında hərbi və ya strateji təsirinin genişləndirilməsi üçün “Troya atı” kimi xidmət etməyəcəyinə dair zəmanət gözləyir .
Fərda Uğur









