Kıvanç Tatlıtuğ jurnalistdən üzr istədi – Video

Kıvanç Tatlıtuğ jurnalistdən üzr istədi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ ötən aylarda hava limanında jurnalistlərdən birinə qarşı sərgilədiyi davranışla bağlı üzr istəyib.

Tribuna.az xəbər verir ki, aktyor onu mobil telefonla görüntüləyən müxbirə müraciət edərək həmin vaxt onu adi vətəndaş hesab etdiyini bildirib.

“Səni hər hansı bir vətəndaş sandım, normalda böyük kameralara alışmışam. Elə bir reaksiya göstərdim. Qəlbini qırdımsa, üzr istəyirəm”, – deyə Kıvanç Tatlıtuğ bildirib.

Aktyorun bu sözləri sosial mediada da müzakirə olunub.

https://www.facebook.com/share/r/1A4Yr5Vd2L/

Gülşən Rəsul