Türkiyə pop musiqisinin əfsanəvi adlarından olan Sezen Aksunun sevənlərini narahat edən xəbər yayılıb. Bir müddətdir ictimaiyyətdən uzaq həyat sürən sənətkarın ötən həftə Nişantaşında yerləşən özəl xəstəxanaların birində bir neçə gün qaldığı məlum olub.
Tribuna.az xəbər verir ki, məşhur sənətçi xəstəxanada olduğu müddətdə biopsiya etdirib.
Bu xəbərdən sonra Sezen Aksunun səhhətinin necə olması maraq doğurub. Əldə edilən məlumatlara görə, sənətçinin durumu yaxşıdır və xəstəxanadakı prosedurlardan sonra evinə qayıdıb. Müğənninin hazırda evində istirahət etdiyi bildirilir.
Qeyd edək ki, Aksuya biopsiyanın hansı səbəbdən edildiyi ilə bağlı isə ictimaiyyətə hələlik rəsmi açıqlama verilməyib. Biopsiyanın nəticəsi barədə də hazırkı mərhələdə təsdiqlənmiş bir məlumat yoxdur.









