“İstər Prezident İlham Əliyev, istər onun müşaviri Hikmət Hacıyevin verdiyi son açıqlamalar göstərir ki, Bakı faktiki olaraq Paşinyanın öhdəliklərini yerinə yetirməsindəki irəliləyişindən narazıdırlar”.
Tribuna.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
O bildirib ki, Azərbaycan müharibə nəticəsində formalaşmış güc üstünlüyünün siyasi nəticələrini mümkün qədər tez bir zamanda möhkəmləndirməyə çalışır. “Çünki mövcud regional korrelyasiyanın əbədi olmadığını anlayır”.
Surenyants vurğulayəb ki, Azərbaycan mövcud hökumətin razılığından məmnun deyil. “Bakı Ermənistan daxilində fundamental dəyişikliklərin referendumda təsbit edilmiş legitimliyini və mümkün qədər dönməz olmasını istəyir”.
Erməni politoloq İrana böyük ümid bəslədiyini dolayısı ilə qeyd edib. “Əgər İran regional təsirindən yararlana bilsə, Cənubi Qafqazda güc balansının dəyişməsinə nail olacaq. Bu isə Bakının Ermənistana hazırkı təzyiqini məhdudlaşdıra bilər”.









