Erməni general: “Əliyev çox peşəkardır”

Erməni general: “Əliyev çox peşəkardır” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni kilsəsi bu gün ermənilərin milli məqsədlərini qoruyan yeganə milli qurumdur. Paşinyan sadəcə Ərdoğan və Əliyevin istəklərini yerinə yetirir”.

Tribuna.az xəbər verir ki, bu fikirlər Ermənistanın keçmiş müdafiə naziri, “Pan-Ermənistan Cəbhəsi” hərəkatının lideri Arşak Karapetyana məxsusdur.

O, Azərbaycan Prezidenti İlham Əliyevin peşəkar biri olduğunu vurğulayıb. “Azərbaycan Prezidenti İlham Əliyev peşəkar beynəlxalq təhsil alıb, mühazirələr oxuyub və elit ailədə böyüyüb. Paşinyan bu sahədə savadsızdır”.
Karapetyan daha sonra Azərbaycan və Ermənistan diplomatlarını müqayisə edib. “Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan tarixçi, Rusiyadakı səfir Qurgen Arsenyan əsasən bizneslə məşğul olub. Çindəki səfir Sergey Manasaryan isə Kənd Təsərrüfatı İnstitutunun Mexanika fakültəsini bitirib. Yalnız Fransadakı səfir Arman Xaçatryan müvafiq təhsilə malikdir. Amma Azərbaycanın ABŞ-dakı (Xəzər İbrahim), Fransadakı (Leyla Abdullayeva) və Rusiyadakı (Rəhman Mustafayev) səfirləri müvafiq təhsilə, Xarici İşlər Nazirliyində və NATO-da uzunmüddətli diplomatik təcrübəyə malikdirlər”.

Fərda Uğur