Kişi müəllimlərlə bağlı TƏKLİF: MİQ-dən azad olacaqlar?

Kişi müəllimlərlə bağlı TƏKLİF: MİQ-dən azad olacaqlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişi müəllimlərin məktəblərə qəbulu zamanı MİQ (Müəllimlərim İşə Qəbulu) imtahanı tələbi ləğv edilsin.

Tribuna.az xəbər verir ki, bu təkliflə təhsil eksperti Ramin Nurəliyev çıxış edib. O bildirib ki, bu yolla məktəblərdə kişi müəllimlərin sayını artırmaq olar:

“Bilindiyi kimi hazırda orta ümumtəhsil məktəblərində kişi müəllimlərin sayı kəskin azalmaqdadır.

Təxmini 85 faiz xanım müəllimlərlə 15 faiz kişi müəllimlərin məktəblərdə dərs dediyi müşahidə olunur.

Əlbəttə ki, məktəblərdə, xüsusilə də, oğlan şagirdlərinin təlim və tərbiyəsində kişi müəllimlərin rolu danılmazdır.

Kişi müəllimlərin sayının artırılması istiqamətində müxtəlif təşəbbüslər irəli sürülə bilər.

Mənim təklifim isə belədir ki, kişi müəllimlərin məktəblərə qəbulu zamanı MİQ imtahanı tələbi qoyulmasın. Bir başa müsahibə mərhələsi əsasında qəbul aparılsın.

Hazırda məktəbdə işləyən kişi müəllimlərə də xüsusi imtiyazlar verilə bilər desəm, xanım müəllimlər inciməz?”.

Nigar İxtiyarqızı