ETSN-dən ayı hücumu ilə bağlı açıqlama – Meşə ərazisinə yaxın ev tikilməməlidir

ETSN-dən ayı hücumu ilə bağlı açıqlama – Meşə ərazisinə yaxın ev tikilməməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri  Arzu Səmədova TİA.AZ-a bildirib ki, meşəyə yaxın ərazilərdə məskunlaşan sakinlər ehtiyatlı olmalıdırlar. Yaşayış evlərinin meşə ilə sərhəddə yerləşməsi vəhşi heyvanların kənd sakinlərinə hücumunu qaçılmaz edir, bu cür hadisələrin baş verməsinə səbəb olur. Meşəyə yaxın ərazilərdə yaşayanlar ehtiyatlı olmalı, həyətyanı sahələrini çəpərləməli, axşamlar meşə sahələrinə çıxmamalı, mal-qaranı meşə ərazisinə nəzarətsiz buraxmamalıdırlar.
O əlavə edib ki, insanlar yaşayış məskənlərini meşə ərazilərinə yaxın tikdikcə vəhşi heyvanların yaşayış arealını kiçildirlər və bu səbəbdən də kəndlərə vəhşi heyvanların hücumu baş verir.